Rusiyanın valyuta ehtiyatları artmaqda davam edir

07 Fevral 2019

Rusiya Mərkəzi Bankı ölkənin valyuta ehtiyatları ilə bağlı müsbət göstəricilər açıqlayıb. Rusiyanın valyuta ehtiyatı 477.7 milyard dollara çatıb.

Rusiyanın valyuta ehtiyatları artmaqda davam edir

Rusiyanın dollar ekvivalentində valyuta ehtiyatları fevral ayında da artıb. Bu haqda cümə axşamı Rusiya Mərkəzi Bankı məlumat verib. 


Məlumata əsasən, hökümətin ehtiyatları fevral ayında 469.8 milyard dollardan 477.7 milyard dollara kimi artıb. Beləliklə, 7.9 milyard dollarlıq artımla ümumi göstərici 2014-ci ilin may ayından sonra ən yüksək səviyyəyə çatıb. 


Qeyd etmək lazımdır ki, göstərici 2015-ci ilin mart ayına kimi 351.7 milyard dollara kimi 142.9 milyard dollar azaldıqdan sonra yenidən artmağa başlayıb.