S-400 təslimatından sonra lirə dəyər itirir

12 İyul 2019

Türk lirəsi günün əvvəlində 5.67 hədlərində üfüqi tendensiyasını davam etdirsə də S-400-lərin təslimatının başlaması ilə ucuzlaşmağa başladı.

S-400 təslimatından sonra lirə dəyər itirir

Beynəlxalq maliyyə bazarlarında ABŞ-da açıqlanan məşğulluğa dair rəqəmlərin artımla, eləcə də istehlak qiymətlərinin baza indeksinin yaxşı açıqlanmasına baxmayaraq, FED-in faiz endiriminə gedəcəyi ehtimallarının artması və bunun FED sədri Povelin bəyanatları və “FOMC”-nin protokolları ilə öz təsdiqini tapmasından sonra dollar bu gün də ucuzlaşmaqda davam edir. Dolların indeksi zəifləyir və aparıcı valyutalar, həmçinin inkişaf etməkdə olan ölkələrin də valyutaları dollara qarşı bahalaşır.

Türk lirəsi günün əvvəlində dollar qarşısında 5.67 hədlərində üfüqi tendensiyasını davam etdirsə də S-400-lərin təslimatının başlaması ilə ucuzlaşmağa başladı. Türkiyənin müdafiə nazirliyi və müdafiə sənayesi nazirliyi bu gün S-400-lərin Ankaraya qəbul edilməyə başlandığını ve sistemə aid hissələrin önümüzdəki günlərdə də gətirilməsinə davam edəcəyini, sistem tam hazır olduqdan sonra isə aidiyyatı qurumlar tərəfindən istismarına başlanılacağını açıqladı.

Beləliklə, günün davamında ABŞ ilə yaşanan gərginliyin təslimat fonunda necə davam edəcəyinə dair qeyri-müəyyənliklə lirənin dünya birjalarında dəyər itirməyə səbəbə olur. USDTRY cütlüyü 5.7275, EURTRY cütlüyü isə 6.4465 hədlərinə qədər bahalaşmış, BIST 100 isə 98 min 700 bəndə geriləmişdir.

Günün ikinci yarısında ABŞ-da açıqlanacaq olan istehsal qiymətləri indeksi treyderlərin diqqət mərkəzindədir. Türkiyədə isə səlahiyyətli şəxslərin bəyanatları lirənin qiymətinə ciddi təsir edə bilər.