S. Ərəbistanı, ABŞ və İran qlobal istiləşməyə inanmır

27 İyun 2019

Almaniyada baş tutan iqlim konfransında qlobal istiləşmənin məhdudlaşdırılmasının önəmliyini göstərən hesabata qarşı çıxan ölkələr diqqət mərkəzində.

S. Ərəbistanı, ABŞ və İran qlobal istiləşməyə inanmır

Səudiyyə Ərəbistanı BMT-nin Bonnda baş tutan iqlim konfransında ABŞ-ın dəstəyi ilə qlobal istiləşməyə dair elmi nəticələrə şübhə nümayiş etdirib və müzakirələrdə qarşı mövqey alıb. Ölkə nümayəndələri qlobal istiləşmənin 1.5 dərəcəyə kimi məhdudlaşdırılmasının önəmliyini göstərən hesabata qarşı çıxıb. 


Cümə axşamı "Greenpeace" təşkilatı tərəfindən verilən xəbərə görə, Səudiyyə Ərəbistanı, ABŞ və İran elmi nəticələrin inkarında güclü alians qurublar.