S. Ərəbistanı: Neft bazarında stabilliyə çalışırıq

12 Sentyabr 2019

Beynəlxalq enerji birjalarında Səudiyyə Ərəbistanının yeni nazirinin verdiyi açıqlaması maraqla qarşılanıb.

S. Ərəbistanı: Neft bazarında stabilliyə çalışırıq

"OPEC+"-un cümə axşamı baş tutacaq toplantısı öncəsi yeni Səudiyyə Ərəbistanının enerji nazir Əbduləziz bin Salman açıqlama verib. 

"Biz hamımız neft bazarında stabilliyə nail olmaq istəyirik", deyən yeni nazir əlavə edir ki, siyasətləri dəyişməz olaraq qalır və hər bir ölkə hasilat səviyyəsi limitinə riayət etməlidir. 

Qeyd etmək lazımdır ki, neft qiymətlərində önəmli toplantı öncəsi korreksiyalar müşahidə edilir. "WTI" markalı neft 56, Brent nefti isə 61$-a ticarət edilir.