Ş. Koreya: Sanksiyaların hamısının ləğvini istəməmişik

01 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında dünyada siyasi və iqtisadi riskləri artıran önəmli amil kimi ABŞ-Şimali Koreya arasında danışıqlar diqqət mərkəzində.

Ş. Koreya: Sanksiyaların hamısının ləğvini istəməmişik

Şimali Koreya ABŞ prezidenti Donald Trampın zirvə toplantısının uğursuzluğuna dair verdiyi açıqlamanı təkzib edib. 


Xarici işlər naziri Ri Yonq Ho jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsinin nüvəsizləşmə prosesi qarşılığında ABŞ-dan sanksiyaların hamısını yox, bir hissəsini ləğv etməyi istəyib.