"S&P": Türkiyə iqtisadiyyatı təhlükədə

02 May 2018

Türkiyədə iqtisadiyyatın aşırı dərəcədə stimullaşdırılması tədbirləri, riskləri artırır6 Dövlət istiqrazları və lirənin qiyməti ucuzlaşır.

"S&P": Türkiyə iqtisadiyyatı təhlükədə

"Standard & Poors" (S&P) agentliyi Türkiyənin xarici valyutada kredit reytinqini "BB-" səviyyəsinə salıb. Bu, riskli səviyyə hesab edilir. Gözləntilər isə sabitdir və əlavə azalma gözlənilmir. 


"S&P" açıqlamasında balanslaşdırılmamış və kreditlə təşviq edilən iqtisadi inkişafın aşırı isinməsi təhlükəsi ilə qarşılaşa biləcəyini bildirir. Bu, hökümətin iqtisadi tədbirləri ilə aşırı stimullaşdırmanın nəticəsidirr: "Türkiyə iqtisadiyyatı aşırı isinir". 


Məlumatların açıqlanmasından sonra lirə 4.15TL-ə kimi ucuzlaşıb. Dövlət istiqrazlarının gəlirliyi də yüksəlib. Bundan da çox dollar ilə satılan dövlət istiqrazlarının risk haqları artıb. Lirə ilə ticarət olunan dövlət istiqrazların gəlirliyi də artsa da, bu, qismən zəifdir.