Salvinin tələbi: Hökümət məşğulluğu artırmalıdır

10 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İtaliyanın hökümət daxilində yaranmış siyasi fikir ayrılığı investorların diqqət mərkəzində.

Salvinin tələbi: Hökümət məşğulluğu artırmalıdır

İtaliyanın baş nazir müavini Matteo Salvini ("Lega" partiyası) açıqmasında hakimiyyətdə hökümətin iqtisadiyyatı inkişaf etdirməkdə kömək edəcəyi təqdirdə qalacaqlarını deyib. 


Salvini iqtisadiyyat naziri Di Maionun baş nazir Kontenin məşğulluğun artırılmasının hökümətin əsas hədəfi kimi görməsi siyasətini dəstəkləməsini istəyir. 


Brüssel ilə münasibətlərin pozulmasını istəməyən Salvini, borcların silinməsi istiqamətində "Mini-Bot" alternativ alətlərin tətbiqinə də qarşı deyil. 


Qeyd etmək lazımdır ki, İtaliyada hökümət "Leqa" ilə "Beş Ulduz Hərəkatı" partiyaları arasında mübahisələrin artması fonunda qırılqan vəziyyətə çatıb. Partiyasız hökümət başçısı Güzeppe Konte keçən həftənin bazar ertəsi koalisiya üzvləri yola getməyəcəkləri təqdirdə istefa verəcəyi ilə təhdid edib. Hökümət daxilində fikir ayrılıqları Avropa seçkiləri ərzində daha da artıb və seçkidən sonra da həll edilə bilinməyib. 


Gərginliyə digər səbəb Avropa birliyi komissiyasının gözlənilən qərarıdır. Brüssel yüksək borc səviyyəsinə sahib İtaliyanın qaydalara zidd hərəkət etdiyi qərarını verərsə, cərimələrlə qarşılaşa bilər.