Sazişsiz Breksit: İqtisadiyyatlar tam hazır deyil

29 İyul 2019

Böyük Britaniyanın sənayə birliyi sazişsiz Breksitə nə Böyük Britaniyanın, nə də Avropa birliyinin hazır olduğunu bildirib.

Sazişsiz Breksit: İqtisadiyyatlar tam hazır deyil

Böyük Britaniyanın sənayə birliyi "CBI" (ing.: "Confederation of British Industry") ən azı 50 iqtisadiyyat təşkilatını və minlərlə şirkəti Breksitə dair hesabat hazırlamalarını istəyib. Hesabat bazar ertəsi Londonda ictimaiyyətə təqdim edilib. 

Əksər böyük maliyyə firmalarının sazişsiz Breksit ilə bağlı planları olsa da kiçik firmalar buna tam hazır deyillər. "Qeyri-dəqiq tövsiyyələr, müddət, xərclər və mürəkkəblik" planlara maneədir. 

Bununla yanaşı, hesabatda AB-nin Böyük Britaniya ilə müqayisədə sazişsiz Breksit senarisinin təsirlərini azaltmaqda geri qaldığı da vurğulanır. Təşkilat hökümətin şirkətlər üçün bütün məsləhətlərini avqust ayının ortalarına kimi təqdim etməli olduğunu tələb edir. 

Mütəxəssislər sazişsiz Breksitin sərhədlərdə uzun zaman gözləmələrə, dərman, meyvə-tərəvəzlərin daşınmasında çətinliklərə və anbarların yüklənməsinə səbəb olacağından narahatdırlar. 

Qeyd etmək lazımdır ki, yeni baş nazir Boris Conson Böyük Britaniyanı oktyabrın 31-də "necə olur olsun" AB-dən ayırmağı planlaşdırır. O, keçmiş baz nazir Tereza Meyin AB ilə razılaşdırılan sazişin yenidən müzakirəsini tələb edir. Avropa isə bunu rəd edir.