Sazişsiz Breksitə qarşı qanun yuxarı palatada

06 Sentyabr 2019

Son günlər sazişsiz Breksit ehtimallarının azalmasına səbəb olan qanun layihəsinin, bu gün lordlar palatasında qəbul edilməsi gözlənilir.

Sazişsiz Breksitə qarşı qanun yuxarı palatada

İngiltərə parlamentinin yuxarı palatasının cümə günü oktyabrın 31-də sazişsiz Breksitin qarşısını alan qanun layihəsini təsdiq edəcəyi gözlənilir. Bakı vaxtı ilə saat 21:00-da səsvermənin keçirilməsi planlaşdırılır. Lordlar palatası qanunda dəyişiklik tələb edərlərsə, bu zaman layihə kraliçə II Yelizabetin imzalanması öncəsi yenidən bazar ertəsi aşağı palatada da təsdiq edilməlidir. 

Bununla yanaşı, Bakı vaxtı ilə saat 14:00-da isə İngiltərə məhkəməsində hökümətin parlamenti tətilə göndərmək istəməsi tələbi haqqında şikayətlərə baxılacaq və qərar veriləcəkdir. 

Qeyd etmək lazımdır ki, layihə çərşənbə günü baş nazir Boris Consonun iradəsinə qarşı üç oxunuşda qəbul edilib. Qanuna əsasən, baş nazir Avropa Birliyi ilə oktyabrın 19-a kimi Breksit sazişi razılaşdıra bilməsə oktyabrın 31-dən sonra müzakirəlin müddətini üç ay uzatmalıdır.