Sazişsiz Breksitin bir addımlığında

10 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün cümə günü xaos yarada biləcək sazişsiz Breksitin baş tutub tutmayacağına dair qərarın verilməsi gözlənilir.

Sazişsiz Breksitin bir addımlığında

Xaotik Breksitin qarşısını almaq üçün Almaniyanın baş naziri Anqela Merkel Avropa birliyi (AB) həmkarları ilə çərşənbə günü Bakı vaxtı ilə saat 21:00-da İngiltərənin ayrılması tarixinin uzadılmasını müzakirə edəcəkdir. Ehtimalların böyük hissəsi dövlət və hökümət başçılarının Breksit tarixinin uzadılması istiqamətindədir. Lakin Brüsseldə də ümumi razılıq əldə edilməsə, cümə günü sazişsiz Breksit baş tuta bilər. Bunun qarşısını almaq üçün AB sonuncu dəfə Breksit tarixini mart ayının 29-dan aprel ayının 12-sinə kimi təxirə salmışdı. 


Qeyd etmək lazımdır ki, İngiltərənin baş naziri Breksitin yun ayının 30-una kimi uzadılmasını istəmişdi. Avropa şurasının sədri Donald Task isə 12 aya kimi təxirə salınmasını təklif etmişdi. Beləliklə, 2019-ci ilin sonu və 2020-ci ilin ortaları da senari kimi ortalıqdadır. Merkel Mey ilə görüşündən sonra bu iki tarixin mümkün ola biləcəyini bildirmişdi.