Şəkər 12$-a kimi ucuzlaşa bilər

05 Mart 2019

Beynəlxalq əmtəə birjalarında şəkərin əlavə olaraq 11.67$-a kimi ucuzlaşa biləcəyi proqnozları güclənib.

Şəkər 12$-a kimi ucuzlaşa bilər

Şəkərinin qiyməti 12.35$-a kimi ucuzlaşdıqdan sonra fyuçerslərin ticarətində aktivliyinin azaldığı müşahidə edilir. 


Əmtəə birjalarında qiymətin yanvar ayının önəmli dəstək səviyyəsi sayılan 12.36$-ın qırılması, eniş dalğasının dərinləşə biləcəyi proqnozlarını gücləndirib. Lakin qiymətin bundan sonra eniş dalğasına davam edə biləcəyi üçün sözügedən səviyyənin altında qalmalıdır və güclü dəstəklə rastlaşa biləcəyi proqnozları da güclüdür. 


Təhlillərə əsasən, şəkərin bir funt üzrə qiyməti 13.44$-ın altında qaldıqca, 11.67$-a kimi də dəyər itirə bilər. 


Bununla yanaşı, foreks bazarlarında dolların qiymətində dalğalanma da diqqət mərkəzində saxlanılmalıdır. Son günlər dolların qiymətlərində müşahidə edilən bahalaşma əmtəə birjalarında qiymətlərin ucuzlaşmasına təsir edir.