Şəkərdə bahalaşma 13.14$-a kimi davam edə bilər

19 Mart 2019

Beynəlxalq valyuta birjalarında şəkərin qiymətində müşahidə edilən bahalaşma, 14$-a kimi bahalaşma proqnozlarını artırıb.

Şəkərdə bahalaşma 13.14$-a kimi davam edə bilər

Şəkərin qiymətində son bir həftə ərzində bahalaşma, cari həftənin ilk günlərində də davam etməkdədir. 


Bahalaşmaya səbəb foreks bazarlarında dolların ucuzlaşmasıdır. Nəticədə əmtəə birjalarında fyuçerslərin də qiymətləri dəyər qazanmaqdadır. 


Təhlillərə əsasən, şəkərin bir funt üzrə qiyməti 12.91$-ı yuxarı istiqamətdə qırarsa, 13.14$-a kimi də bahalaşa bilər. 


Sonuncu səviyyənin üzərində möhkəmlənən qiymət isə 13.82$-a kimi artım dalğasını sürətləndirə bilər.