Şəkərdə bahalaşma güclənib və 14$-a kimi bahalaşa bilər

19 Fevral 2019

Dünya əmtəə birjalarında dolların ucuzlaşması, əmtəə birjalarında qiymətlərii bahalaşdırır və şəkərin 14$-a kimi bahalaşa biləcəyi proqnozları güclənib.

Şəkərdə bahalaşma güclənib və 14$-a kimi bahalaşa bilər

Dünya əmtəə bazarlarında şəkərin (SUGAR) qiyməti yanvar ayının 3-də başlatdığı artım dalğasına, ilk böyük korreksiyasından sonra növbəti dəfə yanvar ayının 25-də 12.36$-da dəstək görərək bahalaşmışdır. Qiymətlər sonuncu səviyyənin üzərində dalğalandıqca bahalaşmanın güclənə biləcəyi proqnozları güclü olaraq qalır. 


Təhlillərə əsasən, şəkərin qiyməti 13.00$-ın üzərində qaldıqca, 13.24 və 13.32$-a kimi də bahalaşa bilər. Qiymətlər sonuncu səviyyələrin üzərində möhkəmləndikcə, artım dalğası 13.92$-a kimi də sürətlənə bilər. 


Qeyd etmək lazımdır ki, dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, əmtəə birjalarında qiymətlərin də bahalaşmasına səbəb olur.