Şəkərdə bahalaşma

27 Mart 2019

Beynəlxalq əmtəə birjalarında şəkərin qiymətində müşahidə edilən bahalaşma "Buğaların" diqqətini çəkib.

Şəkərdə bahalaşma

Şəkərin qiymətində keçən həftə ərzində müşahidə edilən korreksiyadan sonra çərşənbə günü bahalaşma yenidən güclənib. 


Təhlillərə əsasən, şəkərin bir funt üzrə qiyməti 12.80$-ı yuxarı istiqamətdə qırarsa, bahalaşma 13.14$-a kimi davam edə bilər. 


Uzun müddətli perspektivdə isə qiymət 13.14$-ın üzərində möhkəmlənərsə, 13.82$-a kimi artım dalğası güclənə bilər. 


Bununla yanaşı, foreks bazarlarında dolların qiymətləri də diqqət mərkəzində saxlanılmalıdır.