Şəkərdə bahalaşma proqnozları daha da güclənib

14 Fevral 2019

Dünya iqtisadiyyatına dair risklərin azalması ümidləri, əmtəə bazarlarında şəkərin qiymətlərinin bahalaşmasına da təsir edir.

Şəkərdə bahalaşma proqnozları daha da güclənib

Dünya əmtəə bazarlarında şəkərin (SUGAR) qiyməti yanvar ayının 3-də başlatdığı artım dalğasına, ilk böyük korreksiyasından sonra növbəti dəfə yanvar ayının 25-də 12.36$-da dəstək görərək bahalaşmışdır. 


Lakin keçən həftə 12.90$ ətrafında güclü müqavimətlə rastalaşan qiymətlər, bazar ertəsi Amerika sessiyasında yenidən 12.54$-da dəstək görərək bahalaşmağa başlayıb. Qiymətlərin cari həftənin dəstək səviyyəsi üzərində ticarət olunması, keçən həftənin müqavimətini qırması ehtimalları da gücləndirir. 


Bununla yanaşı, son günlər dünya iqtisadiyyatına dair ümidlərin artması, əmtəə birjalarında da qiymətlərin bahalaşa biləcəyinə işarədir. 


Təhlillərə əsasən, şəkərin qiyməti 12.36$-ın üzərində qaldıqca, 13.23 və 13.32$-a kimi də bahalaşa bilər. Bu istiqamətdə treyderlər keçən həftənin önəmli müqavimət səviyyəsinin (12.90$-ın) qırılmasını gözləyirlər.