Şəkərdə bahalaşma proqnozlaşdırılır

15 Fevral 2019

Beynəlxalq əmtəə birjalarında şəkərin qiymətinin 13.32$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır və bu imkan "Buğalar"-ın diqqət mərkəzindədir.

Şəkərdə bahalaşma proqnozlaşdırılır

Dünya əmtəə bazarlarında şəkərin (SUGAR) qiyməti yanvar ayının 3-də başlatdığı artım dalğasına, ilk böyük korreksiyasından sonra növbəti dəfə yanvar ayının 25-də 12.36$-da dəstək görərək bahalaşmışdır. Qiymətlər sonuncu səviyyənin üzərində dalğalandıqca bahalaşmanın güclənə biləcəyi proqnozları güclü olaraq qalır. 


Lakin son iki həftədir qiymətlər 12.90$ ətrafında güclü müqavimətlə rastalaşsa da digər tərəfdən cari həftə ərzində 12.50$ ətrafında dəstək görür. Bu, qiymətin 12.90$ müqavimətini qırması ehtimallarını da gücləndirir. 


Bununla yanaşı, son günlər dünya iqtisadiyyatına dair ümidlərin artması, əmtəə birjalarında da qiymətlərin bahalaşa biləcəyinə işarədir. 


Təhlillərə əsasən, şəkərin qiyməti 12.36$-ın üzərində qaldıqca, 13.24 və 13.32$-a kimi də bahalaşa bilər. Bu istiqamətdə treyderlər qiymətin 12.90-13.03 dəhlizinin üzərində möhkəmlənməsi şərtinin ödənilməsini gözləyirlər.