Şəkərin qiyməti 12.90$-ı qırmaqda çətinlik çəkir

11 Fevral 2019

Əmtəə bazarlarında şəkərin qiymətində müşahidə edilən bahalaşma, treyderlər üçün əlavə imkanlar yaradıb. Bunun üçün 12.90$-ın qırılması gözlənilir.

Şəkərin qiyməti 12.90$-ı qırmaqda çətinlik çəkir

Dünya əmtəə bazarlarında şəkərin (SUGAR) qiyməti yanvar ayının 3-də başlatdığı artım dalğasına, ilk böyük korreksiyasından sonra növbəti dəfə yanvar ayının 25-də 12.36$-da dəstək görərək bahalaşmışdır. Lakin keçən həftə ərzində bahalaşan qiymət 12.90$ ətrafında güclü müqavimətlə rastalaşaraq, yenidən ucuzlaşmağa başlayıb. 


Təhlillərə əsasən, şəkərin qiyməti 12.36$-ın üzərində qaldıqca, 13.23 və 13.32$-a kimi də bahalaşa bilər. Bu istiqamətdə treyderlər keçən həftənin önəmli müqavimət səviyyəsinin (12.90$-ın) qırılmasını gözləyirlər. 


Bu baş vermədikcə, cari ucuzlaşma qiymət müqavimət səviyyəsinin (12.90$-ın) altında qaldıqca, 12.47$-a kimi davam edə bilər.