Şəkərin qiyməti 13.32$-a kimi bahalaşa bilər

08 Fevral 2019

Dünya əmtəə bazarlarında şəkərin qiymətində müşahidə edilən bahalaşma, treyderlər üçün əlavə imkanlar yaradıb və 13.32$-a kimi də bahalaşa bilər.

Şəkərin qiyməti 13.32$-a kimi bahalaşa bilər

Dünya əmtəə bazarlarında şəkərin (SUGAR) qiyməti yanvar ayının 3-də başlatdığı artım dalğasına, ilk böyük korreksiyasından sonra növbəti dəfə yanvar ayının 25-də 12.36$-da dəstək görərək, davam etməkdədir. 


Təhlillərə əsasən, şəkərin qiyməti 12.36$-ın üzərində qaldıqca, 13.23 və 13.32$-a kimi də bahalaşa bilər. Bu istiqamətdə treyderlər həftənin önəmli müqavimət səviyyəsinin (12.89$-;n) qırılmasını gözləyirlər. 


Qeyd etmək lazımdır ki, ilin əvvəlindən etibarən dünya valyuta birjalarında dolların qiymətlərində müşahidə edilən ucuzlaşma, əmtəə birjalarında bahalaşmaya təsir etməkdədir.