Şəkərin qiymətində bahalaşma başlayıb

12 Fevral 2019

Əmtəə birjalarında şəkərin qiymətində müşahidə edilən bahalaşma, treyderlər üçün əlavə imkanlar yaradıb. Bunun üçün 12.90$-ın qırılması gözlənilir.

Şəkərin qiymətində bahalaşma başlayıb

Dünya əmtəə bazarlarında şəkərin (SUGAR) qiyməti yanvar ayının 3-də başlatdığı artım dalğasına, ilk böyük korreksiyasından sonra növbəti dəfə yanvar ayının 25-də 12.36$-da dəstək görərək bahalaşmışdır. 


Lakin keçən həftə 12.90$ ətrafında güclü müqavimətlə rastalaşan qiymətlər, bazar ertəsi Amerika sessiyasında yenidən 12.54$-da dəstək görərək bahalaşmağa başlayıb. 


Təhlillərə əsasən, şəkərin qiyməti 12.36$-ın üzərində qaldıqca, 13.23 və 13.32$-a kimi də bahalaşa bilər. Bu istiqamətdə treyderlər keçən həftənin önəmli müqavimət səviyyəsinin (12.90$-ın) qırılmasını gözləyirlər.