Səudiyyədə İranın neft tankeri partladı

11 Oktyabr 2019

Beynəlxalq enerji birjalarında İranın dövlət şirkətinə məxsus neft tankerinin partlaması, treyderlərin diqqət mərkəzindədir.

Səudiyyədə İranın neft tankeri partladı

Səudiyyə Ərəbistanının Ciddə limanında neft tankerində partlayış baş verib. Tankerin İranın Milli Neft Şirkətinə məxsus olduğu bildirilir. 

İranın Qırmızı dənizdəki tankerində partlayışa iki raket zərbəsi səbəb ola bilər. Bu haqda İran Milli Neft Şirkəti yayıb. Şirkət partlayışın 20 dəqiqə ara ilə baş verdiyini bildirib.

Qeyd etmək lazımdır ki, partlayış olan zaman tanker Ciddə limanından 96 kilometr məsafədə olub.