Siluanov: Neft 40$-a kimi ucuzlaşa bilər

10 İyun 2019

Beynəlxalq enerji birjalarında Rusiyanın maliyyə nazirinin "OPEC+" razılaşmasına dair fikirləri maraqla qarşılanıb.

Siluanov: Neft 40$-a kimi ucuzlaşa bilər

Rusiyanın maliyyə naziri Siluanov Səudiyyə Ərəbistanının enerji naziri Əl-Falihin açıqlamasını şərh edərkən, dövlət və hökümətlərin hədəflərinə çatacaqlarından əmin olduğunu deyib. 


Bununla yanaşı, rusiyalı nazir "OPEC+" razılaşmasının ilin sonuna kimi uzadılmayacağı təqdirdə neft qiymətlərinin 40$-a kimi ucuzlaşa biləcəyini də əlavə edib.