Şimali Koreya ABŞ ilə sentyabrda görüşə bilər

10 Sentyabr 2019

Şimali Koreyanın Amerika ilə danışıqlara hazır olmasını bəyan etməsi dünya birjalarında risk iştahını artıra bilər.

Şimali Koreya ABŞ ilə sentyabrda görüşə bilər

Şimali Koreya müəyyən şərtlərlə ABŞ ilə nüvə silahı proqramı ilə əlaqəldar olaraq yeni danışıqlara hazır olduğunu bəyan edib. Şimali Koreyanın vitse-xarici işlər naziri Koe San Huey bazar ertəsi verdiyi açıqlamasında hökümətin Vaşinqtondan yeni təkliflər gözlədiyini bildirib. Lakin ABŞ bir daha ssenarilərlə oynayarsa, bu, münasibətlərin sonu ola bilər. 

ABŞ prezidenti isə Pxenyanın mesajını "maraqlı" adlandırıb və yaxın zamanda görüşün olacağına dair isə fikir bildirməyib. 

Koenin təklifinə əsasən, görüşlər bu ayın sonu baş tuta bilər. Şimali Koreya iki tərəfin qarşı-qarşıya qaldığı bütün problemləri müzakirə etməyə hazırdır və ölkə Amerikaya yeni təkliflər üçün kifayət qədər vaxt verib.