Şimali Koreya ilə Rusiya liderləri görüşür

24 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Şimali Koreya arasında nüvə silahi mövuzunun Rusiyada müzakirəsi diqqətlə izlənilir.

Şimali Koreya ilə Rusiya liderləri görüşür

Şimali Koreyanın lideri Kim Yonq Un çərşənbə günü Rusiya prezidenti Vladimir Putin ilə zirvə toplantısı üçün Kremlə gedib. Bu haqda Rusiyanın "Tass" agentliyi məlumat verib. 


Bu gün səhər iki ölkə arasında sərhədi keçən Kim Yonq Unun axşama kimi Vladivostoka çatacağı və cümə gününə kimi orada qala biləcəyi deyilir. 


İki ölkə liderlərinin Russki adlı balaca adada görüşə biləcəyi və nüvə silahı kimi önəmli mövzular ətrafında siyasi və diplomatik həll yollarının müzakirə ediləcəyi bildirilir. 


Görüşdən sonra isə Putinin "İpək yolu" zirvəsi üçün Pekinə gedəcəyi və burada Şimali Koreya ilə bağlı danışacağı da gözlənilir. 


Qeyd etmək lazımdır ki, iki ay bundan öncə ABŞ prezidenti Donald Tramp ilə Kim Yonq Un ilə görüşün yarımçıq bitməsindən sonra ilk dəfədir ki Putin ilə görüşür. Bundan sonra Amerika lideri növbəti görüşün ola biləcəyini mümkün hesab edirdir.