Şimali Koreya yeni raket sınaqları keçirib

02 Oktyabr 2019

Şimali Koreyanın dəniz altı gəmidən raket sınaqları keçirməsi, Asiya regionunda siyasi gərginliyi və iqtisadi riskləri artıra bilər.

Şimali Koreya yeni raket sınaqları keçirib

Nüvə silahı proqramı ilə əlaqədar olaraq, Amerika ilə danışıqların bərpa edilməsinə günlər qalmış Şimali Koreya yeni raket sınaqları ilə güc nümayiş etdirib. 

Cənubi Koreyanın müdafiə nazirliyi Şimali Koreyanın çərşənbə günü dəniz altı gəmidən ballistik raket sınaqları həyata keçirdiyini açıqlayıb. 

Yaponiyanın baş naziri Şinzo Abe isə Şimali Koreyanı ölkəsinin balistik raket sınaqlarını qadağan edən BMT qətnamələrini pozması ilə ittiham edib. Bucür raketlər nüvə başlıqları daşıya bilər və kütləvi qırğın silahı sayılır.