Şimali Koreya yeniden raket atışı həyata keçirib

06 Avqust 2019

Şimali Koreya Cənubi Koreya ilə Amerikanın birgə təlimlərinə cavab olaraq yenidən raket sınaqları həyata keçirib.

Şimali Koreya yeniden raket atışı həyata keçirib

Cənubi Koreyanın baş qərargahından çərşənbə axşamı verilən məlumata əsasən, iki raket Yaponiya dənizinə düşüb. Araşdırmalar isə atışları qısa mənzilli raketlərin olmasına əsas verir. Səhər saatlarında qərb sahillərindən buraxılan raketlər 37 kilometr hündürlüyə və 450 kilometr uzaq məsafəyə çatıblar. 

Şimali Koreyanın dövlət xəbər agentliyi "KCNA"-nın verdiyi açıqlamada xarici işlər nazirliyinin sözcüsü hökümətin "yeni yollar axtaracaqlar"-ı ilə təhdid edib. Lakin detallar haqqında məlumat verilməyib. Raket sınaqları isə ABŞ ilə Cənubi Koreyanın birgə hərbi təlimlərinə reaksiya olaraq həyata keçirilib. Amerikanın nüvə ilə işləyən sualtı gəmisinin koreya sahillərinə çatması, Şimali Koreyaya silah proqramını inkişaf etdirməsinə məcbur edir. "ABŞ və Cənubi Koreya diplomatları bütün fəndlərdən istifadə edərək birgə hərbi təlimlərinə haqq qazandırsalar da onlar aqresiv təbiətlərini nə gizlədə, nə də əsaslandıra biləcəklər", deyə məqalədə vurğulanır.