Siyasi risklərin artması fonunda qızılda bahalaşma

12 İyun 2019

Dünyada siyasi və iqtisadi risklərin artması alternativ risksiz aktiv kimi qızıla yenidən tələb artır.

Siyasi risklərin artması fonunda qızılda bahalaşma

Dünən günün ikinci yarısından etibarən qızılda yenidən artım trendi müşahidə olunur. Buna əsas səbəb isə dünyada siyasi və iqtisadi risklərin artmasıdır və alternativ risksiz aktiv kimi qızıla yenidən tələb artır.


Ekspertlərin analizlərinə əsasən, qızılın qiyməti yenidən 1348$ həddini test edə bilər. Test nəticəsində qeyd olunan səviyyə yuxarı istiqamətdə qırılarsa, qiymətin 1365$ həddlərinədək bahalaşa biləcəyi gözlənilir.