"SNB": Valyuta birjasında vəziyyət həssasdır

13 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İsveçrə mərkəzi bankının siyasətində dəyişiklik etməməsi və iqtisadiyyata dair açıqlamaları diqqət mərkəzində.

"SNB": Valyuta birjasında vəziyyət həssasdır

İsveçrə mərkəzi bankı (alm.: "SNB") faiz qərarını açıqlayaraq, uçot faiz dərəcəsini mənfi 0.75%-də saxladı. 


Faiz qərarından sonra "SNB"-nin pul-kredit siyasətinə dair açıqlamasından başlıqlar aşağıdakılardır: 


Dünya iqtisadiyyatına dair siqnallar güclü olaraq qalır;


Son illərdə müşahidə edilən qiymət artımı və vakansiyaların artması bu sahədə korreksiya riskləri mövcuddur;


2 otaq evlərin və özəl mənzillərin qiymətlərində və ipoteka kreditlərində son rüblərdə artım var;


İpoteka və daşınmaz əmlak bazarlarında tarazsızlıq qalmaqdadır;


Mərkəzi bank frankda olan qiymətli kağızların faizlərini uçot faiz dərəcəsinə yaxın saxlamağa çalışacaq;


Mənfi uçot faizi və mərkəzi bankın intervensiyaya hazır olması, əsas alətlər olaraq qalmaqdadır. Bununla frank aktivlərinə olan maraq aşağı tutulur və valyutaya qarşı təzyiqlər azaldılır;


Beləliklə, "SNB"-nin pul-kredit siyasəti ekspansiv olaraq qalır; 


Valyuta birjasında situasiya həssas olaraq qalmaqda.