SP, DAX və FTSE indekslərində dinamika zəifliyi

22 Aprel 2019

Beynəlxalq səhm bazarlarında son zamanlar risk iştahının artmasına səbəb olan amillər yox olmaqda və bahalaşma dinamikası zəifləməkdədir.

SP, DAX və FTSE indekslərində dinamika zəifliyi

Beynəlxalq fond bazarlarında Amerikanın S&P, Almaniyanın DAX və İngiltərənin FTSE indekslərində ticarət aktivliyinin zəiflədiyi müşahidə edilməkdədir. 


Sonuncu dəfə Avropa birliyi ilə İngiltərə hökümətləri arasında Breksit danışıqlarının oktyabr ayına kimi uzadılması və ABŞ ilə Çin arasında ticarət münasibətlərinin qayda qoyulması istiqamətində müsbət xəbərlərin açıqlanması, treyderlər arasında risk iştahının artmasına səbəb olmuşdur. 


ABŞ-ın SP 500 indeksi ilin əvvəlindən etibarən 2920.1 punkta kimi 25%, Almaniyanın DAX 30 indeksi 12271 punkta kimi 19% və İngiltərənin FTSE 100 indeksi isə 7487 punkta kimi 15% bahalaşmışdır. 


Lakin son günlər dünya siyasi platformasında risklər yenidən artmaqdadır, xüsusilə də ABŞ və Çin münasibətlərinə yenidən mənfi təsir edə biləcək istiqamətində. Belə ki, bu gün ABŞ hökümətinin İrana qarşı tətbiq etdiyi sanksiya paketinə daxil olan istisna ölkələrin də siyahıdan çıxarılmasının bəyan edilməsi gözlənilir. Bura Çin də daxildir. 


Beləliklə, yuxarıda toxunulan fond indekslərinin bahalaşma dinamikalarının da zəifləməsi müşahidə edilməkdədir. 


Image title


Image title


Image title