"SP500" indeksi təzyiq altında

09 Oktyabr 2019

ABŞ-da siyasi gərginliklərin artması, ABŞ indekslərinin də beynəlxalq fond bazarlarında ucuzlaşmasına səbəb olur.

"SP500" indeksi təzyiq altında

"SP500" indeksinə nəzər yetirsək, indeks 2940 həddini yuxarı istiqamətdə qıra bilmədi və yenidən eniş etdi. Bu da onu göstərir ki, indeks təzyiq altında qalmaqdadır və indeks yenidən lokal dəstək həddi olan 2887 həddini aşağı istiqamətdə qıra bilər. 

Bu baş verərsə, "SP500" indeksin 2815 həddinədək eniş edə biləcəyi proqnozlaşdırılır.