SP500 indeksində artım ehtimalları yenidən güclənir

22 May 2019

Son zamanlar dünyada siyasi və iqtisadi risklərin artması, fond bazarlarında qiymətlərdə artım istiqamətində canlanmaya səbəb olur.

SP500 indeksində artım ehtimalları yenidən güclənir

Son zamanlar dünyada siyasi və iqtisadi risklərin artması, fond bazarlarında qiymətlərdə artım istiqamətində canlanmaya səbəb olur, investorlar fond bazarlarında səhmlərin alışına üstünlük verirlər və bu da indekslərin qiymətlərindədə aktivliyi artırır. SP500 indeksi yenidən beynəlxalq maliyyə bazarlarında artım mövqeyini qoruyub saxlayır. Belə ki, qiymət 2890$ həddini yuxarı istiqamətdə qırarsa, SP500 indeksinin qiymətinin yenidən maksimum olan 2960$ həddinədək bahalaşa biləcəyi gözlənilir.