Stabilkoinlərə tələb artır. Bitkoin bahalaşacaq?

24 Aprel 2020

Beynəlxalq maliyyə bazarlarında artan riski volatilliklər, kriptovalyuta bazarlarına olan marağı son 6 həftə ərzində daha da artırıb.

Stabilkoinlərə tələb artır. Bitkoin bahalaşacaq?

Bitkoin maksimumlarına çatdıqdan sonra orta səviyyələrdə stabilləşəndən sonra kriptovalyuta bazarında bütün diqqətlər stabilkoinlərə (ing.: "Stablecoins") yönəlib. 2017 və 2018-ci illərdən etibarən bazarda olmalarına baxmayaraq, stabilkoinlər son aylar maliyyə bazarlarında yüksək volatillik səbəbilə önəmli olmağa başlayıb və tələb artmağa başlayıb. 

Maliyyə bazarlarında son təhlillər və xəbərlər dövriyyədə olan stabilkoinlərin ümumi dəyərinin artıq 9 milyard dolları keçdiyini göstərir. Daha maraqlısı isə odur ki, bu göstərici hələ 6 həftə bundan öncə 6 milyard dollar idi. Bu isə yarım ay ərzində 50%-lik artım deməkdir və görünür, təkcə mərkəzi banklar pul emissiyasını artırmayıblar. 

Lakin bu statistik faktın ümumilikdə kriptovalyuta bazarında bahalaşmalara səbəb olacağı ehtimalları sual altındadır. 

Qeyd etmək lazımdır ki, stabilkoinlər dayanıqlı hesab edilən aktivlərə (milli valyuta, valyutalar səbəti və ya digər dəyərli aktivlər) bağlı kriptovalyutalar hesab edilirlər.