Sudana pul, qida və neft məhsulları ilə kömək edilir

22 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarlarında Sudanda hakimiyyət dəyişikliyi fonunda edilən maddi köməklər investorların diqqət mərkəzindədir.

Sudana pul, qida və neft məhsulları ilə kömək edilir

Sudan prezidenti Omar al-Bəşirin hakimiyyətdən salınmasından sonra Səudiyyə Ərəbistanı və Birləşmiş ərəb əmirliyi (BƏƏ) ölkəyə 3 milyard dollar dəyərində kömək edəcəklərini açıqlayıblar. Bu haqda xəbər agentliyi "SPA" bazar günü məlumat verib. 


Açıqlamaya əsasən, 500 milyon dollar mərkəzin bankın hesabına Sudan funtunun məzənnələrinə dəstək olmaq üçün köçürüləcəkdir. Maddi köməyin qalan hissəsi isə ərzaq, dərman və neft məhsulları təşkil edir. Köməyin müddətinə dair məlumat isə verilməyib.