Task: Yeni Breksit tarixi 12 apreldir

27 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Breksitin yeni tarixinə dair yayılan yeni xəbərlər investorların diqqət mərkəzində.

Task: Yeni Breksit tarixi 12 apreldir

Avropa şurasının (EUCO) prezidenti Donald Task Böyük Britaniyaya Breksitin son tarixinin aprel ayının 12-si olduğunu xatırladıb. 


Task tvitter hesabında paylaşımı ilə Avropa parlamentinə səslənərək bildirib ki, İngiltərə höküməti strategiyasını dəyişəcəyi təqdirdə, Breksit tarixinin daha uzun müddətə təxirə salınmasına hazır olmaq lazımdır. "6 milyon insan vəsatətə imza atıb, 1 milyon insan isə hələ də küçələrdədir. Onlar Böyük Braitaniya parlamentində kifayət qədər təmsil edilmədiyini düşünürlər, lakin bu olmalıdır, çünki Avropalıdırlar", deyə sədr əlavə edib.