TCMB-dən növbəti faiz endirimi ehtimalları

06 Avqust 2019

Maliyyə bazarlarında “JP Morgan”-ın hesabatı TCMB-nin sentyabr ayında faiz dərəcələrini 1.25% azaldacağı proqnozlarını artırmağa başlayıb.

TCMB-dən növbəti faiz endirimi ehtimalları

Bazar ertəsi Türkiyədən açıqlanan inflyasiya göstəriciləri dəyərləndirildiyi təqdirdə, bunun əsas səbəbi kimi bir dəfəlik vergilərin artırılması və inzibati qiymət artımları qeyd edilə bilər. Bu amillər istisna olmaqla, qiymətlərə əlavə təzyiqlərin olmadığını demək mümkündür. 

Böyük maliyyə təşkilatları isə Türkiyədə inflyasiyanın sentyabr ayında 10%-in altına enə biləcəyi, ili isə yenidən yüksələrək 14% ətrafında tamamlayacağını proqnozlaşdırırlar.  Bununla yanaşı, daxili tələbatın zəifləməsi, sabit məzənnə və ərzaq qiymətlərində aşağı istiqamətli düzəlişlər dezinflyasiya prosesini dəstəkləməkdə davam edə bilər. 

İnflyasiyanın azalması isə TCMB-yə yenidən faiz endirimləri üçün imkan yaradır. Analitiklərin fikirlərinə görə, mərkəzi bank faiz dərəcələrində sentyabrda 1.25%, ilin sonuna qədər isə ümumilikdə 2.25% endirimə gedə bilər.