TCMB əsas faizini 4.25% endirdi

25 İyul 2019

Türkiyə mərkəzi bank sədrinin dəyişməsindən sonra 2015-ci ildən sonra ilk dəfə faiz azaldılmasına gedildi.

TCMB əsas faizini 4.25% endirdi

Murat Uysal sədrliyinin ilk pul-kredit siyasəti toplantısında TCMB-nin əsas faizi hesab edilən bir həftəlik repo faiz dərəcəsi 24.00%-dən 19.75%-ə kimi azaldıb. Maliyyə bazarlarında isə yalnız 21.50%-ə kimi azaldılma proqnozlaşdırılırdı. 

Qərarın açıqlanmasında inflyasiyadaki azalmanın hədəflənən sürətdə həyata keçməsi üçün monetar siyasətdə səbrli mövqeyin qorunması müdafiə edilib. İlin sonunda isə inflyasiyanın proqnozların altında qala biləcəyi əlavə edilib. 

İyunun 12-də açıqlanan mətndə "Mərkəzi bank dayanıqlı qiymətin təmin olunması istiqamətində bütün imkanlarından istifadə edəcəkdir" cümləsi "Mərkəzi bank dayanıqlı qiymətin və maliyyə şəraitinin təmin olunması istiqamətində bütün imkanlarından istifadə edəcəkdir" ilə əvəz edilib. 

TCMB-nin açıqlanmasından sonra dünya birjalarında USD/TRY məzənnəsi 5.70TL-dən 5.7681TL-yə kimi bahalaşdı. 

Bankın monetar siyasətini müəyyən edən komitənin (PPK) açıqladığı mətndə bildirilir ki, son zamanlar açıqlanan göstəricilər iqtisadi fəaliyyətin mülayim sürətdə canlandığını göstərir. Beynəlxalq inkişafın zəifləməsinə baxmayaraq, rəqabət gücünün artması mal və xidmətlərin ixracında, xüsusilə də turizmdəki güclənmə birbaşa və dolayısı ilə bağlı olan sektorlarla ümumi fəaliyyətdə artıma səbəb olub. Gələcək dövrdə ixracın inkişafa müsbət təsir edəcəyi, inflyasiyada azalmanın və maliyyə şərtlərinin qismən yaxşılaşma iqtisadiyyatda mərhələli canlanmaya səbəb olacağı proqnozlaşdırılır. İnkişaf tendensiyası xarici balansa da müsbət təsir edir. Cari əməliyyatlar balansında da müsbət tendensiya ehtimal edilir. 

Yaxın zamanda beynəlxalq iqtisadi aktivliyin azalması və inflyasiyada aşağı istiqamətli risklərin artması, inkişaf etmiş ölkələrin mərkəzi banklarının pul siyasətlərində yumşaltmaya gedəcəkləri ehtimalları artmışdır. Bu vəziyyətin inkişaf etməkdə olan ölkələrdə maliyyə aktivlərinə olan tələbi və risk iştahını artırması, proteksionizmin və qlobal iqtisadi siyasətlərə dair digər qeyri-müəyyənliklər, həm investisiya axını, həm də xarici ticarət kanalları ilə təsirlər yaxından izlənilir. 

İnflyasiya proqnozları yaxşılaşmaqdadır. İlin ikinci yarısında inflyasiya istifadə edilməyən qida və enerji qiymətlərindəki artımın zəifləməsi ilə azalmışdır. Daxili bazar tendensiyası və pul siyasətində sərtləşmə inflyasiyadaki azalmanı dəstəkləmişdir. İnflyasiyanın əsas göstəriciləri təklif istiqamətli amillərə və idxal qiymətləri inflyasiyasına müsbət təsir etməkdədir. Bundan asılı olaraq, cari ehtimallar inflyasiyanın ilin sonundan etibarən aprel ayı ehtimallarının altında qalacağını göstərir. Bunu nəzərə alan bank inflyasiya proqnozlarına təsir edən bütün amillərə görə, əsas faizini 425 punkt azalıb. 

Bank inflyasiyadaki azalma müddətinin davamlılığını ölkədə risk səviyyəsinin və uzun müddətli faizlərin azalması və iqtisadiyyatdakı inkişafın sürətlənməsi üçün önəmli hesab edir. inflyasiyadaki azalmanın hədəflənən sürətdə həyata keçməsi üçün monetar siyasətdə səbrli mövqeyin qorunması müdafiə edilib. Bu istiqamətdə monetar siyasətdə sərtləşmə əsas göstəricilər nəzərə alınaraq inflyasiyadaki azalmanın davamlılığının təmin olunmasına uyğun müəyyən ediləcəkdir. Mərkəzi bank dayanıqlı qiymətin və maliyyə şəraitinin təmin olunması istiqamətində bütün imkanlarından istifadə edəcəkdir. 

Qeyd etmək lazımdır ki, bu ayın əvvəlində Murat Çetinkaya sədrlik vəzifəsindən uzaqlaşdırılmışdır. TCMB əsas faizini isə sonuncu dəfə 2015-ci ilin fevral ayında azaltmışdır. Bununla yanaşı, bank overnayt borclanma faizini (REPO) 18,25%, overnayt faiz dərəcəsini (Əks REPO) 21,25% və gec likvidlik pəncərəsini (GLP) 19,75%-ə kimi azaldıb.