TCMB faiz dərəcələrində dəyişikliyə getmədi

12 İyun 2019

TCMB iyun ayı PPK toplantısında faiz siyasətindədəyişikliyə getməyərək uçot faizini 24% olaraq saxladı.

TCMB faiz dərəcələrində dəyişikliyə getmədi

Mərkəzi bank bugünki toplantının protokolunda 25 aprel tarixindəki toplantının protokolunda yer alan "Ölkədaxili tələblərə uyğun olaraq inflyasiya göstəricilərində azalma müşahidə edilir. Buna baxmayaraq qida məhsullarında və idxal edilmiş məhsulların qiymətlərindəki artımlar səbəbilə inflyasiyanın artması riskləri qüvvədə qalmaqdadır" ifadəsini "Ölkədaxili tələblər və pul-kredit siyasətindəki sərtləşdirmə tədbirləri inflyasiyadaki enişi dəstəkləyir. Bu səbəblə də TCMB riskləri məhdudlaşdırmaq və inflyasiyanın azalmasını sürətləndirmək məqsədilə sərt monetar siyasətinə davam etməyi qərara almışdır " şəklində dəyişdirmişdir. Beləliklə, aidiyyatı qurum bu toplantıda inflyasiyadakı enişlərin davam edəcəyini bir daha vurğuladı.


Qeyd etmək lazımdır ki, analitiklər istər mart ayından bu yana USDTRY cütlüyündəki bahalaşma, istər inflyasida nəzərə çarpacaq bir azalmanın olmaması, istərsə də ABŞ ilə S-400 mövzusundakı gərginlik səbəbilə iyun ayında faizlərin sabit saxlanılacağını proqnozlaşdırırdılar. Məhz bu səbəbdən də bazar iştirakçılarının xəbərə reaksiyası məhdud oldu. Belə ki, TCMB-nin qərarından sonra  USDTRY cütlüyü  5.,78 hədlərinə qədər gerilədi.