TCMB faiz dərəcələrini endirəcək?

11 İyun 2019

Analitiklərin ehtimallarına əsasən demək olar ki, TCMB faizlərdə dəyişikliklərə getməyəcək.

TCMB faiz dərəcələrini endirəcək?

Türkiyə Cümhuriyyət Mərkəzi Bankı (TCMB) Para Politikası Kurulu (PPK) toplantı protokolunu 12 iyun çərşənbə günü 14:00-da açıqlayacaqdır. Analitiklərin ehtimallarına əsasən demək olar ki, TCMB faizlərdə dəyişikliklərə getməyəcək.


İnflyasiyada artım risklərin qalmasına baxmayaraq mövcud faiz dərəcələrinin yay aylarında Türkiyənin lehinə işləyərək inflyasiyanın azalmasına səbəb ola bilər. Ancaq qeyd etmək lazımdır ki, lirənin məzənnəsində qeyri-müəyyənliklər qalır. Bu səbəbdən də nə qədər son dönəmlərdə lirə dəyər qazansa da və inflyasiya 19% - in altına düşsə də davam edən risklərin təsiri ilə Mərkəzi Bankdan faizlərin endirilməsi gözlənilmir. ABŞ ilə münasibətlərdə S-400 müdafiə sistemləri səbəbilə yarana biləcək gərginlik lirənin stabilliyini təhdid edir. Eyni zamanda birjalar 23 iyunda baş tutacaq İstanbul Büyükşəhər Bələdiyyəsi sədrliyi seçkilərini də diqqətdə saxlayır. Belə bir zamanda TCMB-nin faiz endiriminə getməsi erkən atılan addım kimi qiymətləndirilir.


İnflyasiya lirənin məzənnəsində hər hansı şok yaşanmazsa mövcud faiz dərəcələrinin təsiri ilə növbəti aylarda da azala bilər.  Nəticədə USDTRY cütlüyündə enişlər davam edə bilər. Hətta analitiklərin düşüncəsinə görə ilin sonuna doğru bu ucuzlaşma daha da sürətlənə bilər. Məhz bundan sonra iqtisadiyyatdakı normallaşmanı sürətləndirmək adına Mərkəzi Bank faizləri azalda bilər.. Keçən ilin iyun ayında ciddi şəkildə bahalaşma ilə müqayisədə 2019-cu ilin iyun ayındakı məzənnə daha ucuz olduğu üçün bu ayki statistik rəqəmlərin dərcində inflyasiyada 1% azalma qeydə alına bilər ki, bu da TCMB-nin iyul ayında faizləri endirməsinə imkan verə  bilər.