TCMB faizi 24.00%-də saxladı

25 Aprel 2019

Türkiyə mərkəzi bankının sərt pul siyasətinin iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, inflyasiyada güclü azalma olana qədər bu davam etdiriləcəkdir.

TCMB faizi 24.00%-də saxladı

Türkiyə mərkəzi bankı (TCMB) uçot faiz dərəcəsini 24.00% səviyyəsində saxlayıb. Maliyyə bazarlarında da dəyişiklik gözlənilmirdir. Lakin bank bu dəfə "lazım olarsa, faizlər daha da artılacaq" ifadəsini ixtisar edib. 


"GLP" (gec likvidlik pəncərəsi) faizi də 24.00%-də saxlanılıb. "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur. 


Gecəlik borclanma (repo) və borcvermə (əks repo) faiz dərəcələri isə müvafiq olaraq 22.50 və 25.50%-dir. 


Bankın açıqlamasında inflyasiyada önəmli yaxşılaşma müşahidə olunana qədər sərt monetar siyasətin davam etdiriləcəyi vurğulanıb.