TCMB faizi 24.00%-ə yüksəltdi

13 Sentyabr 2018

Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 22% proqnozlaşdırılmasına baxmayaraq, 24%-ə yüksəldib. USD/TRY məzənnəsi 8%-dən çox ucuzlaşdı.

TCMB faizi 24.00%-ə yüksəltdi

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini 17.75%-dən 24.00%-ə yüksəldib. Maliyyə bazarlarında isə yalnız 22.00%-ə kimi artım proqnozlaşdırırdılar. "GLP" (gec likvidlik pəncərəsi) faizi də 24.00%-a kimi artırılıb. "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur. Gecəlik borclanma (repo) və borcvermə (əks repo) faiz dərəcələri isə müvafiq olaraq 23.00 və 26.00%-dir.


Bununla yanaşı, TCMB açıqlamasında son günlər yayımlanan fundamental göstəricilərin iqtisadiyyatda tarazlığın artdığını göstərdiyini bildirib. Xarici tələb gücünü qorumaqla yanaşı, daxili tələb də getdikcə azalır.


Yaxın günlərdə açıqlanana inflyasiya gözləntiləri qiymət dayanıqlığına dair risklərin artdığını göstərir. Lirənin məzənnələrində müşahidə edilən dalğalanmanın təsiri ilə inflyasiyada artımın bütün maddələr üzrə yayılması da diqqət çəkir. Daxili tələbdəki zəifləməyə rəğmən qiymətlərdə gözlənilən pozulma inflyasiya gözləntilərinə dair riskləri daha da artırır. Bu səbəbdən bank qiymət dayanıqlığını təmin etmək üçün güclü sərt monetar siyasətinə davam edəcəkdir.


Bu istiqamətdə TCMB əlindəki bütün alətlərdən istifadə edəcəkdir. İnflyasiya gözləntilərində əhəmiyyətli bir inkişaf təmin olunanana qədər sərt monetar siyasət davam etdiriləcəkdir. İnflyasiya gözləntiləri, qiymətlərdə dalğalanma, pul siyasəti gecikməsinin təsirləri, maliyyə siyasətinin verəcəyi müsbət faydaları və inflyasiyaya təsir edə biləcək digər amillər təqib edilərək, ehtiyac olduğu zaman siyasətdə əlavə sərtləşmə aparıla bilər.


Açıqlanacaq hər hansı yeni göstəricilərin və xəbərlərin də bankın siyasətinə də təsir edə biləcəyi nəzərə alınacağı da vurğulanmaqdadır.


Faiz qərarının açıqlanmasından sonra beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsi 6.01TL-yə kimi 8%-dən çox ucuzlaşmışdır.