TCMB faizi 24%-də saxladı

16 Yanvar 2019

Türkiyə Mərkəzi Bankının sərt moentar siyasətinin iqtisadiyyata mənfi təsir etsə də inflyasiyada güclü azalma olana qədər siyasət davam etdiriləcəkdir.

TCMB faizi 24%-də saxladı

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini 24.00% səviyyəsində saxlayıb. Maliyyə bazarlarında da dəyişiklik gözlənilmirdir. "GLP" (gec likvidlik pəncərəsi) faizi də 24.00%-də saxlanılıb. "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur. Gecəlik borclanma (repo) və borcvermə (əks repo) faiz dərəcələri isə müvafiq olaraq 22.50 və 25.50%-dir. Bankın açıqlamasında inflyasiyada önəmli yaxşılaşma müşahidə olunana qədər sərt monetar siyasətin davam etdiriləcəyi vurğulanıb. 


Son zamanlar açıqlanan fundamental göstəricilər iqtisadiyyatdakı dəyişikliklərin müəyyənləşdiyini göstərir. Xarici tələb gücünü qorumaqla yanaşı, maliyyə şərtlərindəki sərtləşmə iqtisadi inkişafın yavaşlamasına da təsir etməkdə davam edir. 


İdxal xərcləri və daxili tələbdən asılı olaraq inflyasiyada qismən yaxşılaşma mövcuddur. Lakin qiymət dayanıqlığına dair risklər qalmaqdadır. Bununla əlaqədar olaraq, TCMB inflyasiyada müəyyən bir yaxşılaşma təmin olunana qədər sərt maliyyə siyasətini davam etməyə qərar vermişdir. 


Qurum qiymət dayanıqlığının təmin olunmasını əsas məqsəd götürərək, bütün alətlərindən istifadə etməyə davam edəcəkdir. İnflyasiya gözləntiləri, qiymətlərdə dalğalanma, pul siyasəti gecikməsinin təsirləri, maliyyə siyasətinin verəcəyi müsbət faydaları və inflyasiyaya təsir edə biləcək digər amillər təqib edilərək, ehtiyac olduğu zaman siyasətdə əlavə sərtləşmə aparıla bilər.


Açıqlanacaq hər hansı yeni göstəricilərin və xəbərlərin də bankın siyasətinə də təsir edə biləcəyi nəzərə alınacağı da vurğulanmaqdadır.


Qərarın açıqlanmasından sonra USD/TRY məzənnəsində son günlər müşahidə olunan ucuzlaşma 5.3663TL-yə kimi davam edib.