TCMB faizini 17.75%-ə yüksəltdi

07 İyun 2018

Son zamanlar lirənin sürətli ucuzlaşmasının Türkiyə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması üçün TCMB sərt siyasətini daha da gücləndirib.

TCMB faizini 17.75%-ə yüksəltdi

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faizini 16.50%-dən 17.75%-ə yüksəldib. "GLP" (gec likvidlik pəncərəsi) faizi isə 16.50% səviyyəsində saxlanılıb. "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur.


Türkiyə Bankı qərarını, inflyasiya riskinin daxili bazarda tələbə təsiri ilə əlaqələndirib. Son vaxtlar açıqlanan fundamental göstəricilər iqtisadi vəziyyətin tarazlığına işarədir. Belə ki, xarici tələbin gücünü qorumasına baxmayaraq, daxili bazarda tələb mülayim olaraq qalır. Bununla yanaşı, TCMB açıqlamasında bildirir ki, inflyasiyanın və gözləntilərin artmasına maliyyə bazarlarında son vəziyyət təsir etməkdədir. 


Mərkəzi bank qiymət dayanıqlığının təmin olunması üçün bütün imkanlarından istifadə edəcəkdir. İnflyasiyada stabillik müşahidə olunana qədər sərt monetar siyasət davam etdiriləcək. Açıqlanacaq hər hansı yeni göstəricilərin və xəbərlərin də bankın siyasətinə də təsir edə biləcəyi nəzərə alınmalıdır.


Qərarın yayımlanmasından sonra USD/TRY məzənnəsi 4.45TL-ə kimi 3% ucuzlaşıb.