TCMB faizini 3.25% azaltdı

12 Sentyabr 2019

TCMB-nin faiz azaldılması qərarından sonra USDTRY 5.7550-dən 5.6750-yə, EURTRY 6.35-dən 6.26-a düşdü.

TCMB faizini 3.25% azaltdı

Türkiyə Mərkəzi Bankı (TCMB) bu gün baş tutan PPK toplantısında repo faiz dərəcələrini 19.75%-dən 16.50%-ə saldı. Bazarın gözləntisi 2.50-3.00% civarında olsa da mərkəzi bank 3.25%-lik faiz endirimi qərara aldı. Qərardan sonra USDTRY 5.7550-dən 5.6750-yə, EURTRY 6.35-dən 6.26-a düşdü.

Qərar mətnində aşağıdakılar qeyd edilib. Son dönəmlərdə açıqlanan iqtisadi göztəricilər iqtisadi toparlanma meyllərinin davam etdiyini göstərir. Xalis ixracın böyüməyə töhfəsi ilin ilk yarısında davam edərkən, investisiyalar zəif olaraq qaldı və fərdi istehlak tədricən artdı.Qlobal böyümənin zəifləməsinə baxmayaraq rəqabət qabiliyyətinini artıran proseslər səbəbiylə mal və xidmətlər ixracı artmağa davam edir, xüsusən turizm sahəsindəki artımlar birbaşa və əlaqəli sektorlar vasitəsilə iqtisadi fəaliyyətə dəstək olur.Aparıcı göstəricilər iqtisadi fəaliyyətin sektor genişlənməsinin bir qədər yaxşılaşdığını göstərir. Qarşıdakı dövrdə xalis ixracatın böyüməyə töhfə verəcəyi və inflyasiyanın aşağı düşməsi və maliyyə vəziyyətinin yaxşılaşması ilə iqtisadiyyatın tədricən bərpa olunacağı proqnozlaşdırılır. Böyümə tərkibi xarici tarazlığa müsbət təsir göstərir. Cari işləmlər balansında yaxşılaşmanın davam edəcəyi gözlənilir.

Qlobal iqtisadi fəallığın zəifləməsi və inflyasiyanın aşağı düşməsi ilə inkişaf etmiş ölkələrin mərkəzi bankları genişləndirmə siyasətlərini formalaşdırmağa başladılar. Bu vəziyyət inkişaf etməkdə olan ölkələrin maliyyə aktivlərinə tələb və risk iştahını dəstəkləsə də, kapital axını və xarici ticarət nəticəsində proteksionizm tədbirləri və qlobal iqtisadi siyasətlə əlaqəli digər qeyri-müəyyənliklər yarada biləcəyi təsirlər yaxından izlənilir.

İnflyasiya proqnozu yaxşılaşmaqda davam edir. Türk lirəsinin sabit kursu, inflyasiya gözləntilərinin yaxşılaşması və mülayim daxili tələb şərtləri əsas inflyasiya göstəricilərinin azalmasında əsas faktorlar olmuşdur. Avqust ayında əsas mallar, enerji və qida qruplarının töhfəsi sayəsində istehlakçı inflyasiyası əhəmiyyətli dərəcədə azaldı. Daxili tələbə dair baş verən proseslər və monetar siyasətdəki sərt mövqe inflyasiyanın aşağı düşməsini dəstəkləyir.İnflyasiyanın əsas göstəriciləri olan təklif amilləri və idxal qiymətləri inflyasiya proqnoza müsbət təsir göstərir. Bu proseslərə uyğun olaraq demək olar ki, hazırkı ehtimallar inflyasiyanın ilin sonunadək iyul ayındakı inflyasiya hesabatında verilən proqnozlardan bir qədər aşağı səviyyədə qalacağını göstərir.Bu çərçivədə komitə inflyasiyanın inkişafına təsir edən bütün amillər nəzərə alınmaqla faiz dərəcələrini 3.25% endirmək qərarına gəldi. Bu zaman hazırkı pul siyasətinin duruşu, əsasən dezinflyasiya yolunun hədəfinə uyğundur.

Komitə hesab edir ki, inflyasiyanın enmə tendensiyasının davam etməsi ölkənin risk dərəcəsinin azalması, uzunmüddətli faiz dərəcələrinin azalması və iqtisadiyyatda canlanma baxımından böyük əhəmiyyət kəsb edir. Bu çərçivədə, əsas meylin göstəriciləri nəzərə alınmaqla inflyasiyanın azalmasının davam etməsini təmin edəcək bir şəkildə monetar siyasətin sərtlik səviyyəsi müəyyən ediləcəkdir. Mərkəzi Bank qiymət sabitliyi və maliyyə sabitliyi üçün bütün vasitələrindən istifadə etməyə davam edəcəkdir".