TCMB faizlərdə dəyişiklik etmədi

13 Dekabr 2018

Türkiyə Mərkəzi Bankının sərt moentar siyasətinin ölkə iqtisadiyyatında aktivliyin azalmasına təsir etməsi, lirənin ucuzlaşmasını gücləndirə bilər.

TCMB faizlərdə dəyişiklik etmədi

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini 24.00% səviyyəsində saxlayıb. Maliyyə bazarlarında da dəyişiklik gözlənilmirdir. "GLP" (gec likvidlik pəncərəsi) faizi də 24.00%-də saxlanılıb. "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur. Gecəlik borclanma (repo) və borcvermə (əks repo) faiz dərəcələri isə müvafiq olaraq 22.50 və 25.50%-dir.


Lirənin məzənnələrində müşahidə edilən dalğalanmanın təsiri ilə inflyasiyada artımın bütün maddələr üzrə yayılması da diqqət çəkir. Daxili tələbdəki zəifləmənin inflyasiya gözləntilərinə sərhəd çəkəcəyi ehtimal edilsə də inflyasiya gözləntilərinə dair risklər aktual olaraq qalır. Bu səbəbdən bank qiymət dayanıqlığını təmin etmək üçün güclü sərt monetar siyasətinə davam edəcəkdir.


Bu istiqamətdə TCMB əlindəki bütün alətlərdən istifadə edəcəkdir. İnflyasiya gözləntilərində əhəmiyyətli bir inkişaf təmin olunanana qədər sərt monetar siyasət davam etdiriləcəkdir. İnflyasiya gözləntiləri, qiymətlərdə dalğalanma, pul siyasəti gecikməsinin təsirləri, maliyyə siyasətinin verəcəyi müsbət faydaları və inflyasiyaya təsir edə biləcək digər amillər təqib edilərək, ehtiyac olduğu zaman siyasətdə əlavə sərtləşmə aparıla bilər.


Açıqlanacaq hər hansı yeni göstəricilərin və xəbərlərin də bankın siyasətinə də təsir edə biləcəyi nəzərə alınacağı da vurğulanmaqdadır.


Qeyd etmək lazımdır ki, TCMB sonuncu dəfə sentyabr ayında uçot faiz dərəcəsini 17.75%-dən 24.00%-ə kimi artırmışdı. 


Faiz qərarının açıqlanmasından sonra beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsində güclü dalğalanmaya səbəb olmayıb. son günlər TCMB-nin faiz dərəcələrində azaldılmaya gedəcəyi gözləntiləri fonunda 5.36TL-yə kimi 5% bahalaşmışdır. Lakin inflyasiya riskinin yüksək olduğu bir şəraitdə bankın sərt monetar siyasətinin də iqtisadi aktivliyi azalda biləcəyi proqnozları gələcəkdə lirəyə olan təzyiqləri daha da artıra bilər