TCMB faizlərini daha da azaltdı - 8.75%

22 Aprel 2020

Beynəlxalq valyuta birjalarında Türkiyənin birinci bankı tərəfindən faiz azaldılması qərarından sonra USD/TRY 7 lirəyə kimi bahalaşıb.

TCMB faizlərini daha da azaltdı - 8.75%

Türkiyə Mərkəzi Bankı (TCMB) çərşənbə günü bir həftəlik repo faiz dərəcəsini proqnozlaşdırıldığından daha çox, 8.75%-ə kimi azaldıb. Maliyyə bazarlarında uçot faiz dərəcəsinin 9.75%-dən yalnız 9.25%-ə kimi azaldılması proqnozlaşdırılırdır. 

Bununla yanaşı, bir günlük repo və əks repo faiz dərəcələri müvafiq surətdə 8.25%-dən 7.25%, 11.25%-dən 10.25%-ə salınıb. 

Qərarın açıqlanmasından sonra USD/TRY məzənnəsi daha da bahalaşaraq, 6.99TL-nin üzərində ticarət edilməkdədir.