TCMB faizlərini dəyişmədi

25 Oktyabr 2018

Türkiyə Mərkəzi Bankının sərt moentar siyasətinin ölkə iqtisadiyyatında aktivliyin azalmasına təsir etməsi, investorların diqqət mərkəzində.

TCMB faizlərini dəyişmədi

Türkiyə Mərkəzi Bankı (TCMB) uçot faiz dərəcəsini 24.00% səviyyəsində saxlayıb. Maliyyə bazarlarında da dəyişiklik gözlənilmirdir. "GLP" (gec likvidlik pəncərəsi) faizi də 24.00%-də saxlanılıb. "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur. Gecəlik borclanma (repo) və borcvermə (əks repo) faiz dərəcələri isə müvafiq olaraq 22.50 və 25.50%-dir.


Bununla yanaşı, TCMB açıqlamasında son günlər yayımlanan fundamental göstəricilərin iqtisadiyyatda tarazlığın artdığını göstərdiyini bildirib. Xarici tələb gücünü qorumaqla yanaşı, maliyyə şərtlərinin də sərtləşdirilməsi iqtisadi aktivliyinin yavaşlamasına təsir edir.


Yaxın günlərdə açıqlanan inflyasiya gözləntiləri qiymət dayanıqlığına dair risklərin artdığını göstərir. Lirənin məzənnələrində müşahidə edilən dalğalanmanın təsiri ilə inflyasiyada artımın bütün maddələr üzrə yayılması da diqqət çəkir. Daxili tələbdəki zəifləmənin inflyasiya gözləntilərinə sərhəd çəkəcəyi ehtimal edilsə də inflyasiya gözləntilərinə dair risklər aktual olaraq qalır. Bu səbəbdən bank qiymət dayanıqlığını təmin etmək üçün güclü sərt monetar siyasətinə davam edəcəkdir.


Bu istiqamətdə TCMB əlindəki bütün alətlərdən istifadə edəcəkdir. İnflyasiya gözləntilərində əhəmiyyətli bir inkişaf təmin olunanana qədər sərt monetar siyasət davam etdiriləcəkdir. İnflyasiya gözləntiləri, qiymətlərdə dalğalanma, pul siyasəti gecikməsinin təsirləri, maliyyə siyasətinin verəcəyi müsbət faydaları və inflyasiyaya təsir edə biləcək digər amillər təqib edilərək, ehtiyac olduğu zaman siyasətdə əlavə sərtləşmə aparıla bilər.


Açıqlanacaq hər hansı yeni göstəricilərin və xəbərlərin də bankın siyasətinə də təsir edə biləcəyi nəzərə alınacağı da vurğulanmaqdadır.


Qeyd etmək lazımdır ki, TCMB sonuncu dəfə sentyabr ayında uçot faiz dərəcəsini 17.75%-dən 24.00%-ə kimi artırmışdı. 


Faiz qərarının açıqlanmasından sonra beynəlxalq valyuta birjalarında USD/TRY məzənnəsinin son günlər müşahidə edilən ucuzlaşmasının 5.63TL-yə kimi davam etməsinə səbəb olub. Lakin Türkiyə bankının inflyasiya riskinin yüksək olduğu bir şəraitdə sərt monetar siyasətinin də iqtisadi aktivliyi azaltdığını vurğulaması gələcəkdə lirəyə olan təzyiqləri daha da artıra bilər.