TCMB inflyasiya proqnozlarını azaltdı

30 Yanvar 2019

TCMB inflyasiya proqnozlarını 15.2%-dən 14.6%-ə salıb. 2020-ci ilə kimi isə inflyasiyanın bir rəqəmli səviyyəyə çatdırılması planlaşdırılır.

TCMB inflyasiya proqnozlarını azaltdı

Türkiyə Mərkəzi Bankı (TCMB) 2019-ci il üzrə inflyasiya proqnozlarını 14.6%-ə kimi azaldıb. Bundan öncə 15.2% proqnozladırılırdı. 2020-ci ildə isə Türkiyə bir rəqəmli - 8.2%-lik inflyasiya hədəfləyir. Bu haqda çərşənbə günü TCMB-nin sədri Murad Çetinkaya məlumat verib. Beləliklə, bankın gözləntiləri hələ də orta müddətli inflyasiya hədəfinin - 5% - üzərindədir. 


Qeyd etmək lazımdır ki, Türkiyə uzun müddətdir ölkədə artan qiymətlərlə mübarizə aparır. Noyabr ayında inflyasiya göstəriciləri azalmağa başladı. Dekabr ayında isə inflyasiya 20.3%-ə çatmışdı. Oktyabr ayında istehlak qiymətlərində illik artım dinamikası 25% ilə son 15 ilin maksimum səviyyəsinə çatmışdı. 


Yayda ABŞ ilə Türkiyə arasında siyasi böhran valyuta bazarlarında yüksək dalğalanmaya səbəb olmuşdu. Bundan sonra lirədə qiymətlər yenidən bahalaşmağa başladı. Mart ayının sonunda isə ölkədə bələdiyyə seçkiləri planlaşdırılır və ölkənin iqtisadi vəziyyəti əsas mövzular arasındadır.