TCMB lirənin ucuzlaşmasına reaksiya verib

16 May 2018

Türkiyə Mərkəzi Bankı çərşənbə günü lirənin qiymətində müşahidə edilən tendensiyaya qarşı tədbirlər görəcəyini açıqlayıb.

TCMB lirənin ucuzlaşmasına reaksiya verib

Türkiyə Mərkəzi Bankı (TCMB) lirənin ucuzlaşmasına münasibət bildirib. Çərşənbə günü TCMB açıqlamasında maliyyə bazarlarında "qeyri-sağlam qiymət tendensiyasını" izlədiklərini bildirib. Eyni zamanda, bankın inflyasiyaya mənfi təsirini də nəzərə almaqla bərabər lazımi tədbirlər görəcəyi əlavə edilib. 


Türk Lirəsi son bir neçə həftə ərzində dollar və avroya qarşı ucuzlaşmaqdadır. Məlumatın maliyyə bazarlarında yayımlanmasından sonra 4.50TL-ə kimi bahalaşan USD/TRY məzənnəsi 4.40TL-ə kimi ucuzlaşıb. 


Qeyd etmək lazımdır ki, Türkiyədə siyasi və iqtisadi risklərin və ABŞ-da dövlət istiqrazları gəlirliliyinin artması lirəyə təzyiq edən əsas amillərdir.