TCMB-nin banklara tətbiq etdiyi məhdudiyyət yumşaldıldı

29 Avqust 2018

Türkiyə Mərkəzi Bankı lirə böhranı zamanı banklara tətbiq etdiyi borc limitini genişləndirib, dünya birjalarında lirə ucuzlaşmaqda davam edir.

TCMB-nin banklara tətbiq etdiyi məhdudiyyət yumşaldıldı

Türkiyə Mərkəzi Bankı (TCMB) çərşənbə günü banklararası valyuta birjalarında limitlərə dair yeni qərar açıqlayıb. Qərara əsasən, gecəlik (overnayt) əməliyyatlarda borc limiti 13 avqust tarixi səviyyəsi ilə müqayisədə iki dəfə artırılıb. Beləliklə, imkanlar qismən genişləndirilsə də, məhdudiyyət qalmış olur. 


Qeyd etmək lazımdır ki, avqust ayının 13-də TCMB gün içi və gecəlik imkanlar hesabına banklara ehtiyac olunan bütün likvidliyin təmin olunacağı qərarını vermişdi. Bu səbəbdən banklara valyuta birjalarında borclanmalarına məhdudiyyət tətbiq edilməyə başlanılıb. 


Dünya birjalarında USD/TRY məzənnəsi cari həftənin əvvəlindən etibarən 6.41TL-yə kimi 10% bahalaşıb.