TCMB-nin faiz azaldılması ehtimalları artdı

03 İyul 2019

Türkiyədə açıqlanan daxili inflyasiya məlumatları TCMB-nin faiz dərəcəsində endirimə gedəcəyi ehtimallarını artırdı.

TCMB-nin faiz azaldılması ehtimalları artdı

Ticarət müharibələrinin ölkə iqtisadiyyatlarına təsirləri fonunda göstəricilərin zəifləməsi və FED-in faiz endiriminə getməsi gözlənildiyi bir vaxtda, bu gün Türkiyədə açıqlanan daxili inflyasiya məlumatları TCMB-nin faiz dərəcəsində endirimə gedəcəyi ehtimallarını artırdı.


İstehlak qiymətləri indeksi 2018-ci ilin iyun ayından 15%-dən yuxarı qalxmağa başlamış və oktyabr ayında 25,24% ilə son illərin zirvəsinə çatmışdır. Fevral ayından etibarən 20%-dən aşağı düşən inflyasiya, iyun ayında 15,72%-lə ötən ildən bu yana ən aşağı səviyyəsini yaratdı. 


Həm önəmli iqtisadi gücə malik mərkəzi bankların yumşaq pul-kredit siyasətinə yönəlməsi, həm də Türkiyədə inflyasiyanın geriləməsi ilə TCMB-nin faiz endiriminə getməsi gözlənilir. Ən yaxın tarix olaraq iyul ayı göstərilsə də S-400 məsələsi mərkəzi bank qarşısında ən böyük əngəldir. Əgər ABŞ Türkiyənin Rusiyadan bu ay içində təslim alacağı S-400-lərə qarşı sanksiya tətbiq etməzsə və iki ölkə əlaqələrində yeni bir gərginlik yaşanmazsa, TCMB 25 iyul PPK konfransında faiz endiriminə başlaya bilər. Ancaq bu toplantı ərəfəsində gərginlik artar və sanksiyalar tətbiq edilərsə, mərkəzi bank iyul ayında bunu reallaşdırmaya bilər. Avqust ayında yaşanmış məzənnə şokunu nəzərə alaraq, ABŞ-Türkiyə əlaqələrinin iqtisadiyyata təsirinin son dərəcə əhəmiyyətli olduğunu xatırlamaq vacibdir.


Bu səhər inflyasiya məlumatlarından sonra 5.61-dən aşağı düşən USDTRY məzənnəsi 5.64-5.57 dəstəyiniqıra bilməsə 5.70-5.78 səviyyəsinə doğru getdikcə tədricən bahalaşmağa davam edə bilər.