"TCMB"-nın faiz qərarında sürpriz yaşanmadı

07 Mart 2018

Türkiyə Mərkəzi Bankı ölkədə inflyasiyanın yüksək olması fonunda sərt monetar siyasətinə davam etməkdədir və inflyasiyanı da yaxından izləyir.

"TCMB"-nın faiz qərarında sürpriz yaşanmadı

Türkiyə Mərkəzi Bankı (tr.: "TCMB") gözlənildiyi kimi "GLP" (gec likvidlik pəncərəsi) faiz dərəcələrində dəyişiklik etməyib. 


Belə ki, uçot faiz dərəcəsi 8.00%, faiz dərəcəsinin aşağı və yuxarı sərhədləri müvafiq olaraq, 7.25 və 9.25% və "GLP" (gec likvidlik pəncərəsi) faizi isə 12.75% səviyyələrində saxlanılıb. 


Bununla yanaşı, bank son günlər açıqlanan fundamental məlumatların iqtisadi fəaliyyətin öz gücünü qoruduğunu vurğulayıb: "Daxili bazarın böyüməsi ilə bərabər, xarici bazarda da aktivliyin artması ixraca müsbət təsir edir".


İnflyasiya əsas risk amili kimi qalmaqdadır. 

Yüksək inflyasiya və inflyasiya gözləntiləri qiymət dinamikası üzərində təzyiqləri saxlamaqdadır. Bu məqsədlə, ölkənin mərkəzi bankı pul siyasətində sərt siyasətinə davam etməkdədir. 


"TCMB" qiymətlərin dinamikasında dayanıqlığın təmin edilməsi istiqamətində əlində olan bütün imkanlardan istifadə etməyə davam edəcəkdir. Belə ki, inflyasiya gözləntilərində müvəqqəti amillər istisna olmaqla, önəmli və hədəflərə yaxın inkişaf müşahidə edilənə kimi sərt monetar siyasət davam etdiriləcəkdir. 


İnflyasiya gözləntilərinə, qiymət dinamikasına və inflyasiyaya təsir edən digər amillər də yaxından izlənilir və ehtiyac olarsa, əlavə sərtləşdirmə də həyata keçirilə bilər. Açıqlanacaq hər hansı yeni göstəricilərin və xəbərlərin də bankın siyasətinə də təsir edə biləcəyi nəzərə alınmalıdır. 


Dünya birjalarında USD/TRY məzənnəsi 3.80TL ətrafında ticarət edilməkdədir. 

Qeyd etmək lazımdır ki, "GLP" gün sonu ödəmə sistemlərində yarana biləcək problemlərin qarşısını almaq məqsədilə banklara verdiyi məhdudiyyətsiz müddətli borc imkanıdır, yəni gecəlik və müvəqqəti bir üsuldur. "TCMB" bu faiz dərəcəsini dekabr ayında 12.25%-dən 12.75%-ə yüksəltmişdi.